понедельник, 14 ноября 2011 г.

НОРМСТОБР


Qohum funksiyalar:

Sintaksis:
    НОРМСТОБР(вероятность)
Nəticə:
    Tərs standart normal paylanmanı hesablayır.
Arqumentər:
     вероятность: вероятность, соответствующая нормальному распределению.
Qeydlər:

  •      əgər вероятность arqumenti ədəd deyildirsə, onda НОРМСТОБР funksiyası özünün yazıldığı oyuğa #ЗНАЧ! səhvinin qiymətini yerləşdirir;
  •      вероятность < 0вероятность  > 1 olduqda НОРМСТОБР funksiyası özünün yazıldığı oyuğa #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
  •      НОРМСТОБР funksiyası iterasiya üsulundan istifadə edir və hesablamanı dəqiqliyi ±3 • 10-7  dəqiqliyi əldə olunana qədər aparır. Əgər proses 100 iterasiyadan sonra yığılmırsa, onda НОРМСТОБР funksiyası #Н/Д səhvinin kodunu qaytarır.

Riyazi-statistik interpretasiya:
     НОРМСТРАСП, НОРМОБР funksiyalarının təsvirinə bax.

     Tərs standart normal paylanma funksiyası o zaman istifadə olunur ki, təsadüfi kəmiyyətin müəyyən qiymətinin ehtimalı məlum olsun və bu qiyməti tapmaq tələb olunsun. Məsələn, =НОРМСТОБР(0,69146) düsturu 0,5 qiymətini verir,eyni zamanda =НОРМСТРАСП(0,5) düsturu 0,69146) qiymətini qaytarır. Bundan başqa, =НОРМСТОБР (0,69146) düsturu yenə də 0,5 qiymətini hesablayan =НОРМОБР(0,69146; 0;1) düsturu ilə əvəz oluna bilər (НОРМОБР funksiyasının təsvirinə bax).

Misal
Standart normal paylanma funksiyasının F(z) =0,933 qiymətini aldığı z qiymətini tapmalı.

Həlli

Standart normal paylanma funksiyası







 
düsturu ilə təsvir olunur. Ona görə də tələb olunan z qiyməti






münasibətindən təyin olunmalıdır.
Standart normal paylanma funksiyasının qiymətlər cədvəlindən istifadə etməklə tapırıq:
z=1,5
İndi də bu məsələni НОРМСТОБР funksiyası vasitəsilə həll edək.
1.    Nəticənin yazılacağı xananı seçək ($A$4).
2.    Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından НОРМСТОБР funksiyasını seçək. Bu zaman НОРМСТОБР funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
3.    Вероятность sahəsinə girib 0,933  qiymətini daxil edək. OK düyməsini basdıqdan sonra $A$4 xanasında hesablamanın nəticəsi olan 1,5 qiyməti əmələ gələcəkdir.